TOP 10

Boksçumuz “Strandja”da bürünc medal qazandı

Boks
Tarix: 2018-02-25 14:47

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb. Sport24.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb.


52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.


Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən “Strandja” turnirini bürünc medalla başa vurub.
 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB