TOP 10

Şirvanda taekvondo yarışı - FOTOSESSİYA

Digər
Tarix: 0000-00-00 00:00

2017-ci ildə Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları”nın proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. Sport24.az xəbər verir ki, taekvondo idman növünün də yer aldığığı idman tədbirlər bu dəfə 2-ci zona olaraq Şirvan şəhərində keçirilib. Məktəblilərin böyük marağına səbəb olan yarışda qaliblər bəlli olub. Belə ki, komandalar arasında Şirvan şəhər idmançıları ilk pilləyə, Ağcabədi və Zərdab şəhər təmsilçiləri isə növbəti yerlərə sahib olub.

Nəzərinizə çatdıraq ki, taekvondo üzrə yarışlar 3-cü zona olaraq 11-12 aprel tarixlərində Sumqayıt şəhərində davam edəcək.

Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.

Xatırladaq ki, idman tədbirlərinin proqramına 11 idman növü: Atletika, Akrobatika gimnastikası, Bədii gimnastika, Basketbol, Boks, Cüdo, Karate, Sərbəst güləş, Stolüstü tennis, Yunan-roma güləşi, eləcə də Taekvondo idman növləri daxildir. Yarışlar 6 zona olmaqla ümumilikdə 76 rayon və şəhəri əhatə edir. Zonalar üzrə keçiriləcək yarışlarda kütləvi idman tədbirlərinin proqramına daxil olan idman növləri üzrə rayon və şəhərlərin yığma komandaları iştirak edəcək. Idman tədbirlərində ümumilikdə idman növləri üzrə 6619 məktəbli, 616 fiziki tərbiyə müəllimləri iştirak edəcək.İdman növləri üzrə oyunların idarə ediməsində 100-ə yaxın hakim iştirak edəcək.

Yarışlar müvafiq federasiyaların reqlamentinə əsasən təşkil ediləcək və olimpiya idman komlekslərinin, idman mərkəzlərinin və idman məktəblərinin idman zalları və meydançalarında keçiriləcək. Tədbirlər 30 mart tarixində başlanılıb, 26 aprel tarixində yekunlaşacaq. Tədbirdə iştirak edəcək məktəblilərə Təhsil Nazirliyi tərəfindən idman geyimləri hədiyyə ediləcək. Eyni zamanda qaliblər kubok və diplomlarla təltif olunacaq.

Tədbirlərinin keçirilməsində əsas məqsəd Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları”nın proqramına daxil edilmiş idman növlərini məktəblilər arasında geniş təbliğ etmək, bu idman növlərinə marağı artırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək və onların fiziki sağlamlıqlarının qorunmasını həyata keçirməkdən ibarətdir.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB