TOP 10

Boksçumuz yarımfinala vəsiqə qazandı

Boks
Tarix: 2018-02-24 11:38

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində 1/4 final mərhələsi başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı Məsud Yusifzadə 69-cu dəfə keçirilən yarışın yarımfinalına vəsiqə əldə edib.


52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/2 finala gedən yolda iranlı Reza Suleymanifardla üz-üzə gəlib. Döyüş Yusifzadənin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.


Boksçumuz yarımfinalda ukraynalı Dmitri Zamotayevlə döyüşəcək.
 

20 May 2018
19 May 2018
B.eÇ.aÇC.aCŞB