TOP 10

Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı

Cüdo
Tarix: 2018-02-23 23:49

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Sport24.az xəbər verir ki, ölkə birinciliyinin sonuncu günündə oğlanlar arasında altı çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.


Elçin Hüseynov (66 kq), Kərim Allahverdiyev (73 kq), Murad Fətiyev (81 kq), Azər Yaqublu (90 kq), Adil Kərimli (100 kq) və Ayxan Cəfərov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Azərbaycan birinciliyində fərqlənən gənc cüdoçulara diplom və medallar təqdim olunub. İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” klubu birinci, “Atilla İdman Klubu” İB ikinci, “Qəbələ” klubu isə üçüncü olub.


Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparıb.
 

16 Oktyabr 2018
15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB