TOP 10

Gənc cüdoçulara medal və diplomlar təqdim olundu

Cüdo
Tarix: 2018-02-22 23:22

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyində ilk günə yekun vurulub. Sport24.az xəbər verir ki, Respublika birinciliyinin ilk günündə oğlanlarda Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) qızıl medala sahib olublar.


Qızların yarışında isə Ramilə Əliyeva (44 kq), Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Ülviyyə Rəhimli (57 kq), Diana Şoronova (63 kq), Məsməxanım Quliyeva (70 kq), Rəvanə Kərimova (78 kq) və Əminə Hüseynova (+78 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.


Azərbaycan birinciliyində fərqlənən gənc cüdoçulara diplom və medallar təqdim olunub. Qaliblərə  medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təqdim ediblər.


Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparır.
 

18 Sentyabr 2018
17 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB