TOP 10

Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi

Cüdo
Tarix: 2018-02-22 20:55

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, ilk olaraq hakimlər və iştirakçı komandaların paradı olub. 


Açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək ölkəmizdə idmanın və Olimpiya Hərəkatının sürətli inkişafından, paytaxt və bölgələrimizdə müasir olimpiya idman komplekslərinin tikilməsindən söhbət açdılar. Natiqlər idmançılarımıza yüksək səviyyədə dövlət qayğısının göstərilməsindən və bunun sayəsində atletlərimizin, xüsusilə də cüdoçularımızın beynəlxalq arenalarda qazandıqları uğurlardan bəhs etdilər.


Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra, ölkə birinciliyi açıq elan olunub.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparır.
 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB