TOP 10

Federasiya Milli Qəhrəmanın xatirəsinə turnir keçirəcək

Digər
Tarix: 0000-00-00 00:00

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçiriləcək. Sport24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Kikboksinq Federasiyası və “Judo Club 2012” idman klubunun birgə təşkil etdiyi turnir aprelin 12-də Milli Qəhrəman Çingiz Qurbanovun doğulub boya-başa çatdığı Qusar rayonundakı Olimpiya İdman Kompleksində baş tutacaq. Ölkəmizin peşəkar kikboksçuları qalib adı uğrunda 7 çəki dərəcəsində yarışacaqlar.

Turnirin qaliblərinə müvafiq diplom və pul mükafatı təqdim olunacaq.

Xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Bu il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB