TOP 10

“Kəpəz”in Vinçesteri: “Azərbaycan futbolu barədə çox az məlumatım var”

Futbol
Tarix: 2018-02-13 16:02

“Kəpəz”in yeni transferlərindən olan Şadon Vinçester sport24.az saytının suallarını cavablandırıb:


- Azərbaycan çempionatında ilk oyununuza çıxdınız...
- Burada ilk matçımı keçirdim. Fikrimcə, azarkeşlər də sürətli oyun izlədi. Ümumiyyətlə, matçın tempi yüksək idi. Bu da sevindirici məqamdı. Azərbaycan çempionatında yüksək texnikaya malik oyunçular çoxdu. 90 dəqiqə gərgin və maraqlı qarşılaşma oldu. Təəssüf ki, uduzduq. Amma pis çıxış etmədik. 


- Premyer Liqanın səviyyəsi Trinidad və Tobaqo çempionatından çox yüksəkdi?
- Bəli, oradan çox yüksəkdi. Burada daha baxımlı və sürətli, texnikalı oyun keçir. 


- Azərbaycan futbolu ilə kifayət qədər maraqlana bilmisiz?
- Azərbaycan futbolu və komandalar haqqında heç nə bilmirəm. Çox az məlumata malikəm. Yalnız "Qarabağ"ın UEFA Çempionlar Liqasında çıxış etdiyini bilirəm. O barədə də kifayət qədər informasiyam yoxdu.


- "Kəpəz"in çempionatda vəziyyəti yaxşı deyil...
- Bundan xəbərim var və əlimdən nə gəlirsə, etməyə hazıram. 


- Lakin ikinci dövrəyə də uğursuz başladınız...
- Amma qarşıda kifayət qədər matç var. "Kəpəz"in yaxşı yerlərə gəlmək üçün şansı var.

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB