TOP 10

Baqali Dabo: “Azı 2 həftə oynamayacağam”

Futbol
Tarix: 2018-02-13 15:06

Topaz Premyer Liqasının qış fasiləsindən sonrakı ilk turunda “Qarabağ”la qarşılaşan “Qəbələ” bu matçın əvvəlindəcə ciddi itki ilə üzləşdi. Belə ki, qonaqların əsas hücumçusu Baqali Dabo zədələndiyi üçün erkən əvəzlənməli oldu.


Fransalı hücumçu sport24.az saytına müsahibəsində indiki durumunu dəyərləndirib:


- Zədən nə yerdədi?
- Yoxlanışdan keçdim. Hazırki vəziyyətdə nəsə demək çətindi. Fikrimcə, ən azı 2 həftə yaşıl meydanlardan uzaqda olacağam. 


- Hazırki durumda bu “Qəbələ” üçün ciddi itkidi...
- Bu barədə nəsə deyə bilmərəm. 


- “Qarabağ”la matçın nəticəsindən razı qaldın?
- Biz istədiyimiz oyunu meydanda göstərə bilmədik. Komandamız öz futbolunu nümayiş etdirmədi. “Qarabağ” isə əksinə, çox yaxşı futbol göstərdi. Bu səbəbdən düşünürəm ki, 0:0 bizim üçün yaxşı nəticədi. Bizim bu oyundan 1 xalla ayrılmağımız yaxşı hal sayılmalıdı.


- Qələbə qazansaydınız, xal fərqi azalacaqdı. Düşünmürsünüz ki, heç-heçə ilə çempionluq şanslarınız az da olsa, kiçildi...
- Futbolda hər şey mümkündü. Təbii ki, qələbə qazansaydıq, daha yaxşı olardı. Amma alınmadı. 


- Qarşıda sizi “Zirə” ilə matç gözləyir...
- Çox ağır oyun olacaq. İddialı və güclü komandalardan biri ilə oynayırıq. Amma meydana qələbə üçün çıxacağıq. Fikrimcə, 3 xal üçün hər şeyi etməliyik. 


- Sən zədəlisən və üstəlik, komanda qış fasiləsində transfer etməyib. Düşünmürsən ki, bu komandaya problem olacaq?
- Bu barədə düşünmürəm. Çünki digər komanda yoldaşlarım var. Hər halda seçimimiz az deyil.
 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB