TOP 10

Seneqallı futbolçu “Neftçi”də?

Futbol
Tarix: 2018-02-13 12:51

“Neftçi”nin danışıqlar apardığı daha bir futbolçunun kimliyi müəyyənləşib. Sport24.az xəbər verir ki, paytaxt klubu seneqallı yarımmüdafiəçi Hali Tiamla gücləndirmək istəyib.

Rusiya mətbuatının yaydığı məlumata görə, Moskva "Dinamo"su ilə yollarını ayıran 24 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Budapeştin MTK klubuna dönüb. Lakin Macarıstan təmsilçisi seneqallının xidmətində maraqlı deyil. Məlumata görə, Halini təmsilçimiz "Neftçi" transfer etmək istəyir.


Lakin Tiamın müqaviləsinin olması bu keçidin reallaşmasına problem yaradıb. Çünki Azərbaycanda transfer pəncərəsi fevralın 9-da bağlandığından, onun keçidi üçün azad agent statusu alması lazımdı.


Qeyd edək ki, 2014-cü ildə MTK klubuna transfer olan Hali Tiam "Çikaqo Fayr", "Qaziantepsor" və "Dinamo"da icarə əsasında çıxış edib.

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB