TOP 10

İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul etdi

Formula
Tarix: 2018-02-13 12:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib. Sport24.az xəbər verir ki, görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulandı. 


Qeyd edildi ki, Formula-1 yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanların paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib.


Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

24 May 2018
23 May 2018
B.eÇ.aÇC.aCŞB