TOP 10

"Zirə"nin legioneri: "Azərbaycan Premyer Liqasında oynayan ilk trininad və tobaqolu futbolçu olmaq mənim üçün şərəfdi"

Futbol
Tarix: 2018-02-13 12:00

"Zirə"nin qış fasiləsində ilk əcnəbi transferi olan Comal Azəbaycan milli çempionatının tarixinə düşüb. Belə ki, “Sumqayıt”la ev oyununda debüt edən 24 yaşlı hücumçu Azərbaycan Premyer Liqamızda Trinidad və Tobaqonu təmsil edən ilk futbolçu olub. Onadək bu ölkədən heç bir oyunçu 26 illik illi çempionatımızda çıxış etməmişdi. Trinidad və Tobaqo Azərbaycan çempionatlarında futbolçu ilə təmsil olunan 80-ci ölkədi.

 

Düzdü, 1 gün sonra Uilyamsın həmyerlisi Şadon Vinçester “Kəpəz”də debüt etsə də, ilk ünvanına “Zirə”nin oyunçusu yiyələnib. Comal Sport24.az-a müsahibəsində Azərbaycan çempionatında çıxdığı ilk oyunla bağlı təəssüratlarını bölüşməklə başlayıb.

 

- Mənim üçün ilk gözəl təcrübə idi. Oynadığım oyundan ləzzət aldım. İnsanlar məni çox yaxşı qəbul etdi. Yaradılan atmosferdən və dəstəkdən həzz aldım. Burada olmağımdan xoşbəxtəm.

 

- Ölkəmizə adaptasiya ola bildinmi?

- Futbolçu olaraq biz belə dəyişikliklərə sürətli şəkildə uyğunlaşmaq məcburiyyətindəyik. Çünki bu işimizin bir hissəsidir. Azərbaycanı öyrənməyə hazıram.

 

- "Sumqayıt"la oyunda istədiyin kimi çıxış edə bildinmi?

- Fikrimcə, komandamız çox yaxşı oynadı. Növbəti matçlarda da məşqçimizin planladığı kimi oynamağa çalışacağıq. Düzdür, mövsümün ikinci yarısının ilk oyununda da qələbə istəyirdik. Təəssüf ki, olmadı. Biz 1 xal qazandıq. Növbəti matçda 3 xal qazanmaq üçün oynayacağıq.

 

- Bilirsənmi ki, Azərbaycanda oynayan ilk Trinad və Tobaqodan olan futbolçusan?

- Bəli, bunu bilirəm. Tarixə düşdüm bununla. Azərbaycan Premyer Liqasında oynayan ilk trininad və tobaqolu futbolçu olmaq mənim üçün şərəfdi.

 

- Azərbaycan və Trindad və Tobaqo milliləri illər öncə yoxlama görüşü keçirib. Xatırlayırsanmı?

- Təəssüf ki, yox.

 

- Premyer Liqada digər matçları izləyə bildinmi?

- Bunun üçün sadəcə, vaxtım olmadı.

 

- Azərbaycan Premyer Liqasında oynayan komandalar haqqında məlumat əldə etmisən?

- Əsas diqqətimiz "Qəbələ" ilə matça yönəlib. Bu komanda haqqında müəyyən qədər məlumata malikəm. Digər komandaları da zamanla tanıyacam.

 

MEHMAN SÜLEYMANOV

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB