TOP 10

"Neftçi"nin futbolçusu burnundan əməliyyat olunub: 1 ay oynamayacaq

Futbol
Tarix: 2018-02-12 21:08

Topaz Premyer Liqanın XV turunun “Kəpəz”lə "Bakcell Arena"dakı oyunda zədələnən "Neftçi"nin futbolçusu Məhəmməd Mirzəbəyov cərrahiyyə əməliyyatı olunub. Bu haqda Sport24.az məlumat verən klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlunun açıqlamasında bildirilir ki, müdafiəçinin matçın 74-cü dəqiqəsində rəqibin braziliyalı yarımmüdafiəçisi Dieqo Souza ilə mübarizədə burnu sınıb.

 

İlkin Qırtımovla əvəzlənən Məhəmmədin dərhal əməliyyat edilib. Həkimlər Mirzəbəyovun mart ayının ortalarında yaşıl meydana dönə biləcəyini söyləyiblər. Millimizin üzvü ən yaxşı halda 15 gün sonra məşqlərə başlaya bilər.
 

 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB