TOP 10

Vüqar Nadirov: "Heyfsilənirəm ki, o cür şanslar qazandım, amma qol vura bilmədim"

Futbol
Tarix: 2018-02-11 23:06

"Komandamıza yeni futbolçular gəlib. Onların yeni kluba adaptasiyalarına, bizim yeni taktikaya uyğunlaşmağımıza vaxt lazımdı. "Səbail" heç bir rəqibdən aşağı səviyyədə oynayan komanda deyil ki, gəlib 4-5 qol vursun və bunu bir daha göstərdi. Çalışacağıq ki, belə davam edək". Sport24.az xəbər verir ki, bu fikirləri "Səbail"in kapitanı Vüqar Nadirov Topaz Premyer Liqasının XV turunda "Keşlə"ylə səfərdə 1:1 hesabıyla bərabərliyə qaldıqları matçdan sonra bildirib.

 

Matçda 2 real qol imkanını, rəqib qapıçı Kamran Ağayevlə təkbətək çıxdığı epizodları boşa verən təcrübəli hücumçu qələbə topunu vura bilmədiyinə görə üzülür: "Heyfsilənirəm ki, o cür şanslar qazandım, amma fərqlənə bilmədim. Gələn oyunlarda alınar. Komandamız yeni taktiki sxemlə oynadı və bu, normal alındı alındı. Bu taktikada baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışırdıq. Bunu yoxlama oyunlarında tətbiq etmişdik. Lakin hazırlıq matçları ilə rəsmi oyunların fərqi var. "Keşlə"ni əks-hücumlarda yaxalayırdıq. Qış fasiləsindən sonra ilk oyun idi və heç kim risk etmək istəmirdi". 

 

Xatırladaq ki, "Səbail"in əsas kapitanı Eltun Yaqublu zədəli olduğundan bu matçda sarğını vitse-kapitan Nadirov daşıyıb. 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB