TOP 10

"Neftçi"nin futbolçusunun burnu sınıb: Ən azı yarım ay oynamayacaq

Futbol
Tarix: 2018-02-11 22:37

"Neftçi"nin futbolçusu Məhəmməd Mirzəbəyov Topaz Premyer Liqasının XV turunda "Kəpəz" "Bakcell Arena"dakı bugünkü matçda ciddi zədələnib. Bakı klubunun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu Sport24.az-a verdiyi məlumata görə, millimizin də üzvü olan sağ cinah müdafiəçisinin burnu sınıb. Bu üzdəən Məhəmməd ən azı yarım ay oynamayacaq. Hətta bu müddətin bir qədər uzun çəkməsi də istisna olunmur.

 

Mirzəbəyov matçın 74-cü dəqiqəsində "Kəpəz"in braziliyalı yarımmüdafiəçisi Dieqo Qusmao ilə mübarizədə burnundan xəsarət alıb və nəticədə İlkin Qırtımovla əvəzlənməli olub. Oyunun baş hakimi Rəhim Həsənov bu kobudluğa görə Dieqoya sarı vərəqə göstərib. 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB