TOP 10

Tərlan Əhmədov heç kimə əsas heyətdə yer söz verməyib: "Heç kimin şəxsi həyatıma qarışmağa haqqı yoxdu"  

Futbol
Tarix: 2018-02-11 19:59

Azərbaycan Premyer Liqasının XB turunda evdə “Kəpəz”i məğlub edən (1:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, Əhmədov öncə oyunla bağlı fikirlərini bildirib:


- Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. Bir neçə qol imkanlarıçız olsa da, dəyərləndirə bilmədik. Ancaq futbolçuları göstərdikləri oyuna görə təbrik edirəm.


- Artıq neçənci dəfədi ki, Mirabdulla Abbasov oyuna sonradan çıxsa da, komandaya qələbə qazandırır. Onun start heyətində meydana çıxmamasına səbəb nədi?
- Bunu əvvəl də demişdim. Mirabdulla 20-25 dəqiqə mübarizə apara bilir. “Zirə” ilə oyunda da qol vurduqdan sonra meydanda görünmədi. Onun potensialı çox böyükdü. Ancaq 90 dəqiqə oynamağa hazır deyil. Sonradan meydana çıxanda isə komandaya xeyri dəyir. Bu gün də onu sonradan meydana buraxdım və komandaya qələbə qazandırdı. Ümumiyyətlə, bizim hücum xəttində ciddi problemlərimiz var.


- Aqil Məmmədov qışda komandaya cəlb edilsə də, qısa müddət sonra komandadan ayrıldı...
- Bu sualın cavabında onu deyə bilərəm ki, mən komandada heç kimə əsas heyətdə yer söz vermirəm. 


- Qış fasiləsində bir çox tənqidlərə məruz qaldız. Demək olar ki, bu qələbə ilə bu tənqidlərə cavab verdiz?
- Heç kimə cavab vermək fikrində deyiləm. Şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdu. İimə qiymət versinlər. Bu gün uduzsaq, məni tənqid etsələr, sevinərəm. "OİK-Xabarovsk”a 1:8 uduzanda, tənqid olundum. Buna heç nə demirəm. Həmin oyundakı səhvlərimdən nəticə çıxardım. Bugünkü oyundan çox razı qaldım. Bir də deyirəm, heç kiminşəxsi həyatıma qarışmağa haqqı yoxdu.  


- Növbəti turda “Sumqayıt”la qarşılaşırsız...
- Artıq bu oyunu yaddan çıxarıb, “Sumqayıt”la oyuna köklənməliyik. Tək bu matç heç nəyi həll etməyəcək. Qarşıda 13 oyunumuz var. Hər bir oyun önəmlidi. Mən bu komandanı qəbul edəndə, cəmi bir xalımız var idi. Ancaq indi bir xeyli irəliləmişik. Sumqayıtda həm süni örtükdə oynayacağıq, həm də sürətli komandaya qarşı. Bunlar çətinlik yarada bilər.


- Bir neçə gün öncə “Forza Neftçi” fan-klubunun 9 yaşı tamam oldu. Bu qələbəni onlara həsr etdiyinizi demək olar?
- Əlbəttə, bu, bizim yox. onların qələbəsidi. Əvvəlcədən də demişdim ki, çalışacağıq, bu gün onları qələbə ilə sevindirək.


- Hakimin idarəçiliyindən razı qaldınız?
- Səhvsiz insan yoxdu. Sadəcə, mən istəyirəm ki, hakim meydanda çox fit çalmasın. Belə olanda, oyunun tempi aşağı düşür. Buna görə, bəzən olur ki, hakimlərə sərt etiraz edim. Ancaq hakimləri də başa düşmək olar. Hamı öz işini görür.
 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB