TOP 10

Vaqif Cavadov darıxıb: "Oyuna sonradan daxil olmağımın fiziki durumumla heç bir aidiyyatı yoxdu"

Futbol
Tarix: 2018-02-11 18:30

"Turun ilk oyun günündə də matçlar heç-heçə bitmişdi, bu gün də bizim qarşılaşma. Bu, maraqlı məqamdı". Sport24.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin futbolçusu Vaqif Cavadov Topaz Premyer Liqasının XV turunda "Səbail"lə 1:1 hesabıyla nəticələnən matçdan sonra bildirib. Onun fikrincə, ilk oyunlar həmişə gərginliyi ilə yadda qalır: "Bizim matç da belə oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".

 

29 yaşlı hücumçu 9 aylıq fasilədən sonra qayıtdığı Premyer Liqamız üçün darıxdığını söyləyib: "Hələ oyunlarımız qabaqdadı. İnşallah, yaxşı olacaq. Oyuna sonradan daxil olmağımın fiziki durumumla heç bir aidiyyatı yoxdu. Heyətlə bağlı qərarı baş məşqçi qərar verir. O, hər kəsə diqqət yetirir. Sadəcə, bu gün belə qərar verildi ki, oyuna sonradan daxil oldum. Tam hazıram və heç bir problemim yoxdu. Əsas məsələ komandamızın uğur qazanmasıdı".

 

MEHMAN SÜLEYMANOV

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB