TOP 10

"Keşlə"nin legioneri "çempionata tam hazırıq" deyir: "Yeni baş məşqçimiz də komandaya ruh yüksəkliyi verib"

Futbol
Tarix: 2018-02-11 14:00

"Antalyada yaxşı hazırlıq keçdik. Yoldaşlıq oyunlarında da qüvvəmizi sınadıq. Fikrimcə, çempionata tam hazırıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin braziliyalı futbolçusu Denis Silva bildirib.

 

Təcrübəli müdafiəçinin fikrincə, qış fasiləsində xeyli transferə imza atan komandası ukraynalı yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında uğurlu çıxış etməyə qadirdi: "Komandamızda motivasiya da yüksəkdir. Bir çox dəyişikliklər oldu. Turnir cədvəlində irəli getmək üçün imkanlarımız var. Düşünürəm ki, bu heyətlə hazırlıqla biz yaxşı yer tuta, kubokda finala adlaya bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik. Yeni baş məşqçi də komandaya ruh yüksəkliyi verib. Yeni oyunçularımız da gücümüzə güc qatacaq".

 

Xatırladaq ki, "Keşlə" qış fasiləsindən sonra ilk oyununu bu gün evdə "Səbail"lə keçirəcək. 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB