TOP 10

Rəşad Sadıqov yeni hücumçuya ehtiyac görmür: "O, 1 il komandamızda olanda, yalnız tənqid olunmuşuq"

Futbol
Tarix: 2018-02-10 23:06

“Derbi matç idi. Maraqlı oyun keçdi. İki çempionluğa oynayan komanda üz-üzə gəlmişdi.  Komandamızın bu qədər yaxşı oynayacağını gözləmirdim.". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının XV turunda "Qəbələ"ylə qolsuz bərabərliklə nəticələnən ev oyunundan sonra bildirib. Onun sözlərinə görə, ən yaxın izləyiciləri ilə qarşılaşmada qələbə istəyi nə qədər böyük olsa da, məğlub olmamaq çox vacib idi.. Sadıqov hesab edir ki, çoxsaylı qol imkanlarından istifadə edə bilmədiklərsə, heç-heçə də pis nəticə deyil

 

Sadıqov qış fasiləsində Çin klubuna transfer olunan Dino Ndlovunun yoxluğunu hiss etmədiklərini söyləyib: "O,1 il komandamızda olanda, yalnız tənqid olunmuşuq. Deyilirdi ki, yeni hücumçuya ehtiyac var. Həmin vaxt da demişdik, bu gün də deyirik ki, yeni hücumçuya ehtiyac yoxdu. Sabah Mahir Mədətov da, Pedro Enrike də komandamız getsə, 11 nəfər meydana çıxacağıq. Bu “Qarabağ”dı, şəxslər üzərində qurulmur. Bizdən Reynaldo və digər futbolçular gedib, ancaq komanda öz sabitliyini qoruya bilib. Bu gün Mahir də çox yaxşı oynadı, Pedro da. Onların əziyyətini yerə vurmaq olmaz. Ndlovuyla bağlı fikirlə qətiyyən razılaşmıram. O qədər olub ki, Dino bir çox qol epizodundan istifadə edə bilməyib".

Rəşad bu matçda rəqbin ukraynalı qapıçısı Dmitri Bezotosnını xüsusi qeyd edib: "Bezotosnı çox yaxşı oynadı. O, bu gün keçilməz idi. Elə toplar çıxardı, elə seyvlər etdi ki... ”

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB