TOP 10

Azərbaycanda 10 ildir oynayan legioner: "Buranın çörəyini yeyirəm, həyat yoldaşımla qızımı təhqir etməməlidirlər"

Futbol
Tarix: 2018-02-10 10:27

"Keşlə"nin braziliyalı legioneri Denis Silva Kruz azarkeşlərdən narazlıq edib. Sport24.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Facebook"dakı şəxsi səhifəsində bir sıra şəxslər sosial şəbəkədə onun xanımı və qızını təhqir etdiklərini yazıb: "Təmənnasız mesajlardan yorulmuşam. Uzun illərdir buradayam və Azərbaycanın çörəyini yeyirəm. Ancaq bəzi şəxslər necə düşünürlər?! Onlar məni təhqir etmək məcburiyyətində deyillər! Həmin şəxslər həyat yoldaşımla qızımı təhqir erməməlidirlər! 10 ildir ki, Azərbaycandayam. Bu müddət ərzində hər kəsə hörmətlə yanaşıram. Ən azı mənim istədiyim şey də eynidi".

 

Xatırladaq ki, Silva 2008-ci ilin əvvəlində ölkəmizə çxış edərək, bunadək "Xəzər Lənkəran" və "Neftçi"də oynayıb. 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB