TOP 10

XV turun ilk təqvim günü Sport24.az-da: Mərkəzi görüş saat 19:00-da

Futbol
Tarix: 2018-02-06 12:43

Topaz Premyer Liqasının fasiləsi son nəfəsini dərir. Sport24.az-ın əldə etdiyi məlumata görə, XV turun ilk oyun gününün təqdimi müəyyənləşib.

 

“Azərsun Arena”nın durumunda müəyyən problemlər olması səbəbindən “Qarabağ”la “Qəbələ” arasında matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmə ehtimalı yaransa da, meydan sahibləri son durumu nəzərə alaraq, dəyişikliyə ehtiyac duymayıb. Beləliklə, dövrənin mərkəzi görüşü “Azərsun Arena”da baş tutacaq. Fevralın 10-da keçiriləcək matç saat 19:00-da start götürəcək.

 

Günün digər qarşılaşması isə Zirə Olimpiya Kompleksində baş tutacaq. Bu oyun həm də dövrələrarası fasilədən sonra ilk görüş olacaq. “Sumqayıt”ı doğma arenada qəbul edəcək “Zirə”nin oyunu saat 16:00-da start götürəcək.    
 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB