TOP 10

“Bakı Şəhər Halqası”ndan paytaxt sakinlərinə müraciət

Formula
Tarix: 0000-00-00 00:00

Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 23-dən 25-dək keçiriləcək Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar Bakı trekinin keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir. Sport24.az xəbər verir ki, Zərifə Əliyeva küçəsinin Bülbül prospekti ilə Rəsul Rza küçəsi arasındakı hissəsində aprelin 3-dən etibarən bir neçə gün ərzində yalnız gecə saatlarında (22:00-dan 06:00-dək) yolun kənarına baryerlər quraşdırılacaq.

Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobilləri saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişinə maneə yaradan nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

BŞH müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL