TOP 10

Üç taekvondoçumuz Olimpiya 10-luğunda

Olimpiada
Tarix: 0000-00-00 00:00

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, mart ayına olan siyahıda Azərbaycanın üç kişi taekvondoçusu Olimpiya reytinqində ilk onluqda yer alır. 

+80 kq çəkidə 492.2 xala malik Olimpiya çempionu Radik İsayev ən yaxın izləyicisini 131 xal qabaqlayaraq birinci, "Rio-2016"nın bürünc mükafatçısı Milad Beiqi Harçeqani isə -80 kq-da 345.33 xalla ikincidi. Miladı lider olan son Olimpiya çempionu Çeyk Sallah Sissedən cəmi 73.84 xal ayırır.

Ayxan Tağızadə isə 187.47 xalla 68 kq-da səkkizincidi.

Kişilərdə yalnız 58 kq-da onluqda təmsil olunmuruq. Burada ən yaxşı göstərici Mikayıl Əliyevə məxsusdu ki, o da 61.84 xalla qırxıncıdı.

Qadınlara gəlikdə isə, Olmpiya mükafatçısı Patimat Abakarova(49 kq) 211.82 xalla 12-ci, Fəridə Əzizova(-67 kq) 191.35 xalla 14-cüdü.

24 May 2018
23 May 2018
B.eÇ.aÇC.aCŞB