TOP 10

Püşk üzümüzə güldü

Güləş
Tarix: 0000-00-00 00:00

Sərbəst güləşçilərin ardından "klassik"lər də dünyanın ən güclüsünü müəyyən edəcək. Sport24.az xəbər verir ki, martın 16-17-də İranın Abadan şəhərində keçiriləcək turnirdə milimizlə yanaşı, daha yeddi komanda bu titul uğrunda mübarizə aparacaq. Bu gün keçirilən püşkatma ilə artıq yarımqruplar da müəyyənləşib.


Püşk uğurludumu?

Kifayət qədər uğurludu! İki əsas rəqib - ötənilki turnirin finalçıları digər yarımqrupdadı. Hər iki yığmanın tam olaraq əsas heyətə şans verdiyini nəzərə alsaq, püşkün lap göydəndüşmə olduğunu deyə bilərik. Bəxtimizə Türkiyə, Ukrayna, Belarus düşüb ki, onlardan sadəcə birincilər finala əngəl olmaq gücündədi.


Heyət açıqlanmasa da, əldə etdiyimiz məlumata görə, məşqçilər korpusu əsas üzvləri çətin sınağa cəlb etmək niyyətindədi.

 

SAHİB ƏSƏDBƏYLİ

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB