TOP 10

“Niyə “Qarabağ” qrup mərhələsində oynayır, ermənilər yox?” – Ayrapetyana sual

Futbol
Tarix: 2018-01-12 17:09

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, erməni jurnalistlərdən biri federasiya prezidentinə gözlənilməz sual ünvanlayıb.

Müxbir “Niyə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynayır, bizimkilər yox” sualı ilə Ayrapetyana müraciət edib. O, isə belə cavab verib: “Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək üçün böyük maliyyə vəsaiti lazımdr. Hansı ki, bizdə o yoxdur. Azərbaycan biznesmenləri futbolu bizimkilərdən daha çox sevirlər”.

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB