TOP 10

Debütü Rəşad Sadıqovla eyni matça təsadüf edəcək "Genk"li

Futbol
Tarix: 2018-01-12 14:04

Belçikanın "Genk" klubunun futbolçusu Edon Jeqrova yığmayla bağlı seçimini edib. Sport24.az xəbər verir ki, 19 yaşlı istedadlı yarımmüdafiəçi Kosovo millisini seçərək debütünü Azərbaycan yığmasına qarşı edəcək.

Söhbət U-21-dən gedir ki, həmin yığmamızda baş məşqçi postunda Rəşad Sadıqovun debütü da məhz kosovolularla olacaq. Bu, Avropa çempionatının seçmə mərhələsində martın 22-də Kosovoda keçiriləcək matçdı.

Almaniyada anadan olan Edonun həm Albaniya, həm də Kosovo kökü var. Onu hələ ötən ilin avqutsda Kosovo U-21-inə çağırsalar da, dəvəti qəbul etməyib. Həmin vaxt diqqətini klubuna yönəldən futbolçu artıq yığma seçimini edib. Kosovo Futbol Federasiyası Edonun onları seçdiyini və debütünün millimizə qarşı olacağını açıqlayıb.

Xatırladaq ki, bu yığmaların sonuncu oyunu öz aralarında olub. "Dalğa Arena"dakı həmin matçda qolsuz bərabərlik edən Azərbaycan cari seçmə mərhələdə ilk xalını qazanb.  

23 Iyun 2018
22 Iyun 2018
B.eÇ.aÇC.aCŞB