TOP 10

Rauf Əliyev: “Hər şey rəhbərliklə görüşdən sonra bəlli olacaq”

Futbol
Tarix: 2018-01-11 19:27

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu, Albaniyanın “Kukesi” klubundan ayrıldıqdan sonra işsiz qalan Rauf Əliyev “Keşlə”yə qayıdacağı barədə yayılan xəbərlərə münasibət bildirib. Sport24.az saytına açıqlamasında o, bunları söyləyib:


“Keşlə"yə keçidim gündəmdədi. Belə bir məsələ var. Amma dəqiq deyil. Çünki "Keşlə" rəhbərliyi ilə hələ görüşməmişəm. Ona görə də ətraflı danışa bilmirəm. Hər şey rəhbərliklə görüşdən sonra bəlli olacaq”.


Qeyd edək ki, Rauf Əliyev bu mövsüm artıq iki klubda oynadığından reqlamentə görə üçüncü komandada çıxışı ən azı mövsümün sonunadək mümkün deyil. Bu üzdən də onun yenidən “Keşlə”yə qayıtması gündəmdədi.
 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB