TOP 10

Daha 6 futbolçu danışılmış oyunlara görə cəzalandırıldı

Futbol
Tarix: 2018-01-11 12:14

 


UEFA Maltanın U-21 komandasının 7 üzvünün UEFA-nın İntizam Nizamnaməsinin (İN) 12-ci bəndinin danışılmış oyunlarla bağlı bir neçə maddəsini pozduğundan şübhələnərək onlara qarşı intizam araşdırması keçirib. Sport24.az xəbər verir ki, istintaq araşdırması 21 yaşadək futbolçular arasında Avro-2017 çərçivəsində Malta komandasının 23 mart 2016-cı il tarixində Monteneqroya qarşı və 29 mart 2016-cı ildə Çexiyaya qarşı keçirilmiş 2 oyunla bağlı aparılıb.

 
14 və 15 dekabr 2017-ci ildə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi (NEİK) danışılmış oyunlarda şübhələndiyi hər bir oyunçu ilə bağlı bir neçə fərdi dinləmələr aparıb.

 
Bu gün NEİK bu intizam araşdırmasının son qərarını açıqlayıb:


- Emanuel Briffa: Maddə 12 (2) (a) İN: Özü və ya üçüncü tərəf üçün üstünlük qazanmaq məqsədi ilə oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran hərəkətlərinə görə ömürlük futbol fəaliyyətinə qadağa qoyulur. 

 

- Kayl Sezare: Maddə 12 (2) (a) İN: Özü və ya üçüncü tərəf üçün üstünlük qazanmaq məqsədi ilə oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran hərəkətlərinə görə ömürlük futbol fəaliyyətinə qadağa qoyulur. 


- Samir Arab: Maddə 12 (2) (d) İN: Oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran məsələlərlə haqqında dərhal və könüllü olaraq UEFA-nı məlumatlandırmadığına görə 2 illik qadağa (31.12.2019-cu ilədək) 


- Rayan Kamenzuli: Maddə 12 (2) (d) İN: Oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran məsələlərlə haqqında dərhal və könüllü olaraq UEFA-nı məlumatlandırmadığına görə 1 il 6 ay (30.06.2019-cu ilədək) qadağa və ictimai futbol xidməti (işləri) cəzası 


- Llyuvelin Kremona: Maddə 12 (2) (d) İN: Oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran məsələlərlə haqqında dərhal və könüllü olaraq UEFA-nı məlumatlandırmadığına görə 12 ay (31.12.2018-cu ilədək) qadağa və ictimai futbol xidməti (işləri) cəzası 


- Luke Montebello: Maddə 12 (2) (d) İN: Oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran məsələlərlə haqqında dərhal və könüllü olaraq UEFA-nı məlumatlandırmadığına görə 12 ay (31.12.2018-cu ilədək) qadağa və ictimai futbol xidməti (işləri) cəzası 


- Mattey Kremona: UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Matthew Cremonaya qarşı qaldırılmış intizam araşdırmasını bağlamağa qərar verib. Nəticədə, futbolçunun istənilən futbol fəaliyyətində iştirakına icazə verilir. 


Bununla da qitənin ali futbol qurumu UEFA prezidenti Aleksander Çeferinin “futbolun tam özəyinə hücum edən xəstəlik” adlandırdığı danışılmış oyunlar bəlasından futbolu xilas etmək öhdəliyinə dair daha bir istintaqa yekun vurub.


Qeyd edək ki, bu “virus” ölkəmiz üçün də yad deyil. Ötən mövsümün ilk yarısından sonra “Rəvan” və “Şərurspor” klublarının, cari mövsümdə isə Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdizadənin futboldan ömürlük kənarlaşdırılması analoji araşdırmaların nəticəsi olub.

23 Iyun 2018
22 Iyun 2018
B.eÇ.aÇC.aCŞB