TOP 10

Tarik Elyunussi "Qarabağ"da icarə müqaviləsindən razıdı: "Məni istəyən bir neçə klub var"

Futbol
Tarix: 2018-01-10 16:29

“Qarabağ”ın norveçli legioneri Tarık Elyunussi müsahibə verib. Sport24.az xəbər verir ki, milli komandasının yarımmüdafiəçi İsveç klubu AİK-ə transferi ilə bağlı gəzən xəbərlərə cavab verib. Elyunussi “Qarabağ”dakı durumundan da danışıb.

 

- Məni istəyən bir neçə klub var. Amma “Qarabağ”dan məmnunam. Tək pis olan şey Çempionlar Liqasından və Azərbaycan kubokundan kənarda qalmağımız oldu. Çempionatda isə ikinci yerlə fərqimiz 6 xaldı. Elə də böyük fərq olmasa da, yaxşı sonluq gözləyirik.

 

- İsveçin AİK klubuna keçidiniz mümkündü?

- AİK böyük azarkeşi olan komandadı. Stokholm da ən gözəl paytaxtlardan biridi.

 

- Bu keçidi istisna etmirsiz?

- Xeyr.

 

- Nə düşünürsünüz?

- Şərqdən qərb klubuna bir keçid ola bilər. Amma “Qarabağ”dakı icarə müqaviləsindən razıyam. Təəssüf ki, 2 ay əvvəl zədələndim və komandama kömək edə bilmədim. Buna görə də yaxşı olmadı. Digər tərəfdən, “Olimpakos”a qayıtmağıma elə də çox vaxt qalmayıb. Klubun ispan baş məşçqisi Oskar Qarsiya var. “Everton”dan Kevin Mirallas da icarədən dönüb.

 

- 2018-ci ildən istəyiniz nədi?

- Ümid edirəm ki, zədələrdən azad olacam və mümkün qədər çox oynayacam. Keçən il olduğu kimi kiçik zədələrlə məşğul olmayacam.

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB