TOP 10

Hakimi vuran Aqşin Ömərov: “Çox peşmanam”

Futbol
Tarix: 2018-01-10 13:49

Futzal üzrə Birinci Liqanın 11-ci turunda baş verən xoşagəlməz hadisə ilə bağlı xəbər vermişdik. Sport24.az xəbər verir ki, Yarımçıq qalan turun son matçında ADBTİA hesabda 1:0 öndə olan vaxt hakim kobud oynadığına görə, “Baku Fans”ın oyunçusu Aqşin Ömərova sarı vərəqə göstərib.

Bu zaman Ömərov referini təhqir etdiyinə görə, qırmızı vərəqə ilə cəzalandırılıb. Futzalçının meydanı tərk etməsini tələb edən FİFA referisi Yusif Nurullayev gözləmədiyi halda “Baku Fans”ın oyunçusu tərəfindən döyülüb. Xəstəxanaya aparılan hakimin xəsarət aldığı məlum olub. Hadisə ilə əlaqədar sportfm.az saytına danışan Aqşin Ömərov törətdiyi əməldən peşman olduğunu söyləyib:


“İnanın, həmin an nə etdiyimi bilmirdim. Hakimi vurmaq fikrim yox idi. Sadəcə, elə alındı. Mən Yusif Nurullayevdən və ictimaiyyətdən üzr istəyirəm. Bu hərəkəti etməli deyildim. Çox peşmanam. İnanıram ki, Nurullayev məni bağışlayacaq”.


Qeyd edək ki, aldığı zərbədən sonra referi oyunu idarə etməkdən imtina edib və qarşılaşma yarıda dayandırılıb. Hakim baş verənləri matçın protokolunda qeyd edib.

23 Iyun 2018
22 Iyun 2018
B.eÇ.aÇC.aCŞB