TOP 10

"Sumqayıt" Sumqayıtdan gedir - EKSKLÜZİV

Futbol
Tarix: 2018-01-10 10:01

"Sumqayıt" cari mövsümün son dövrəsində ev oyunlarını öz stadionunda keçirməyəcək. Klubun prezidenti Kamran Quliyev Sport24.az-a açıqlamasında Topaz Premyer Liqasının IV dövrəsinin qarşılaşmalarının Sumqayıtdan kənarda oynamaq variantının real olduğunu bildirib.

 

Bu da komandanın doğma stadionu olan "Kapital Bank Arena"da qazonun dəyişdiirlməsi - sünidən təbii o örtüyünə keçməsi ilə bağlıdı: "Hələ Avropa Liqasına çıxmamış kiçik problemimiz ola bilər. Bu da öz stadionumuzdan kənarda oynamaqla bağlıdı. Cari mövsüm Topaz Premyer Liqasında belə nümunə olub. Bildiyiniz kimi, "Kəpəz" Gəncədəki stadionunun qazonunda əsaslı təmir işləriylə əlaqədar ev oyunlarını yalnız noyabrdan ordan keçirə bildi. Məsuliyyəti götürüb deyə bilərəm ki, "Kəpəz"in hazırda çətinlik çəkməsinin səbəblərindən biri budu. Yəni evdə oynayan komanda ilə ev matçını başqa yerdə keçirməli olan komanda - bunlar fərqli şeylərdi. Məqsədimiz növbəti çempionatı - avqustdan etibarən artıq yeni qazonu olan stadionumuzda başlamaqdı. Buna görə də 4-cü dövrədə ev oyunlarımızı başqa yerdə keçirmək mümkündü. İndi bu söhbətlər gedir. Meydançanın qazonunun dəyişdirilməsiylə bağlı işlərə gərək mart ayından başlayaq".

 

Paytaxta üz tutacaq "Sumqayıt"ın bir neçə variantı var: "Bunlar "Dalğa Arena", "Bayıl Arena", "Əlincə Arena"dı. Müəyyən şeylər var ki, onlarla bağlı işlər, müzakirələr gedir. İş başlayandan sonra onu saxlamaq olmur. Ağacı nə vaxt əkirsən - yazda, mart və ya apreldə. Yazda əkilən ağacla yayda əkilən ağac arasında müəyyən fərq var. Əkin üçün ən yaxşı dövr nə vaxtdı - bahar fəsli".

 

Təqvimə əsasən, "Sumqayıt" son dövrədə 5 oyununu evdə keçirməli olacaq. Üstəlik, ölkə kubokunun yarımfinal mərhələsi də IV dövrəyə - aprel ayına təsadüf edir. Bu, məcburi yerdəyişmə avrokuboklara çıxmağa yaxşı şansı olan komanda üçün təhlükəli ola bilərmi? Quliyevi dinləyək. "Ola bilər ki, təhlükəlidi. Kutuzovun məşhur ifadəsi var - Moskvanı yox, ordunu itirməklə Rusiyanı itirə bilərik. Sumqayıtda infrastrukturu inkişaf etdirmək istəyirisə, 1-2 illik yox, böyük bir gələcək üçün nəzərdə tutmalıyıq. Bir mövsümdə bir neçə ev oyununu bu məsələlərə qurban vermək olmaz. Komanda yaxşıdırsa, hər yerdə oynamalıdı. Bir neçə oyunu Sumqayıtdan kənarda keçirməliyiksə, inanıram ki, sadiq azarkeşlərimiz bizi tk qoymayacaqlar. Bunun üçün şərait yaradarıq. Azarkeşin dəstəyi bizə çox vacib lazımdı. Amma bildiyiniz kimi, infrastruktur ondan da vacibdi. Hazırkı şəraitimizə baxın. "Qarabağ"ı kubokda məğlub edən komandanın cəmi bir meydançası var - o da süni örtüklü. Yaxşı olardı ki, infrastrukrurla bağlı irəliləyişlər olsun. Sağ olsun AFFA, bu işdə bizə kömək edir.  Vəziyyətə baxarıq. Bunlar texniki də olsa, böyük məsələlərdi. İnanmaq istəyirik ki, bu məsələlərdən üzüağ çıxacağıq". 

 

Qeyd edək ki, "Sumqayıt"ın son dövrədə "Keşlə", "Qarabağ", "Səbail", "Qəbələ" və "Zirə"ylə evdə oynayacaq. Sumqayıtlıların "Keşlə"ylə ölkə kubokunun yarımfinal mərhələsinin də ev matçı var. 

 

MEHMAN SÜLEYMANOV

23 Iyun 2018
22 Iyun 2018
B.eÇ.aÇC.aCŞB