TOP 10

Yunis Hüseynov ukraynalı qapıçıyla anlaşdıqlarını açıqlayıb: "Bu dəqiqə yaxşı futbolçu tapmaq mümkün deyil"

Futbol
Tarix: 2018-01-08 22:12

"Bilirsiniz ki, mövsüm ərzində bütün komandalarda dəyişikliklər olur. Bəzi fubolçular məşqçinin oyun sisteminə uyğun gəlmir və bunu normal qarşılamaq lazımdı". Sport24.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib. 

Gəncə təmsilçisi ötən gün istirahətini başa vurub və çempionatın qalan hissəsinin hazırlıqlarına start verib. "Sarı-göylər"in baş məşqçisi qış fasiləsində komandada edilən köklü dəyişikliklərdən danışıb. 

Fasilə ərəfəsində 11 oyunçunun xidmətinə ehtiyat duymayan Hüseynov, göndərilən futbolçuların yerini dolduracaqlarını deyib: "Mən komandaya gəldim və 11 futbolçunun göndərilməsinə qərar verdim. Məncə, bunu qlobal problemə çevirmək lazım deyil. Ümid edirik ki, gedənlərin yerini doldura biləcəyik".

Təcrübəli mütəxəssis oyunçu axtarışlarını davam etdirdiklərini bildirib: "Yeni oyunçu tapmaq çox çətindi. Bu dəqiqə yaxşı futbolçu tapmaq mümkün deyil. Baxışda olan futbolçularımız var, bəziləri ilə müqavilə imzalamışıq. Axtarışdayıq, komandamıza uyğun futbolçu tapmağa çalışırıq". 

Çalışdırıcı baxışda olan Aleks Nimeli barədə danışıb: "Aleks bu gün ikinci məşqinə çıxdı. Onu yoxlamaq üçün qarşıda 1 həftə vaxtımız var". 

"Xəzər Lənkəran"ın sabiq qapıçısı Tərlan Qasımzadə bu gündən Gəncə təmsilçisinin düşərgəsinə qoşulub. Hüseynov qeyd edib ki, daha bir "əlcək sahibi" ilə güclənəcəklər: "Tərlan bu gün komanda ilə məşqə çıxıb. Amma bununla kifayətlənməyəcəyik. Bizim üçün 3 qapıçımız olacaq. Ukraynalı qapıçı ilə anlaşmışıq, iki gün sonra komanda ilə birgə olacaq". 

Hüseynov braziliyalı Dieqo Souzanın yaxın günlərdə komandaya qoşulacağını məlmat verib: "Dieqo ilə bu gün əlaqə saxlamışıq. Pasportunun müddəti başa çatmışdı, onu bu gün yeniləyib. Qusmao ölkəmizdə sonuncu dəfə "Zirə"nin heyətində oynamışdı, amma zədə səbəbindən özünü sübut edə bilməmişdi. Onun son durumu barədə maraqlanmışam, oyunlarına baxmışam, komandamıza kömək edə biləcək gücdədir". 

52 yaşlı çalışdırıcı bildirib ki, komandaya fiziki hazırlıq üzrə məşqçi cəlb etmək niyyətindədir: "Bəli, komandamıza yeni məşqçi cəlb olunacaq. Hazırda bu məsələ ilə bağlı danışıqlar gedir.  Xarici məşqçidi, ola bilər ki, yaxın günlərdə komandamızla birgə olsun". (futbol11.az)

 

 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB