TOP 10

"Tap, qazan!" Viktorinasının ilk qalibi müəyyənləşdi

Layihə
Tarix: 2018-01-05 14:51

Sport24.az-ın təşkilatçılığı və Hekimtap.az-ın dəstəyi ilə “Tap, Qazan” Viktorinasının ilk qalibi müəyyənləşib. Yarışmanın qalibi Gündüz Qaralov adlı oxucumuz olub.

 

O, təqdim edilən 5 sualın cavabını hamıdan tez tapıb. 

 

Viktorinada təqdim olunan sualları və düzgün cavabları təqdim edirik:

 

1. Komandasına Azərbaycan çempionatının qızıl medalını qazandırmış ən gənc baş məşqçi? Ad və soyad, il və yaşını göstərin – Mehman Allahverdiyev, “Kəpəz”, 1995-ci il, 35 yaş.


2. Azərbaycan milli komandasında oynamış yeganə ata-oğul kimlərdi? – Şahin və Coşqun Diniyevlər.

 

3. Azərbaycan çempionları arasında hələ də ölkə kubokuna həsrət olan yeganə futbol klubu hansıdı? – “İnter”, hazırki “Keşlə”.

 

4. Avrokubokların seçmə mərhələlərində ardıcıl 9 dəfə rəqiblərini sıradan çıxaran Azərbaycan klubu hansıdı? – “Qəbələ”.

 

5. Paolo Rossi, Eduard Streltsov və Faiq Cabbarov. Bu üç futbolçunu birləşdirən üç məqam? – Hər üçü vətəndaşı olduqları ölkənin (müvafiq olaraq, İtaliya, SSRİ və Azərbaycan) çempionu olub, hər üçü vətəndaşı olduqları ölkənin ən yaxşı futbolçusu seçiliblər, hər üçü həbsxana həyatı yaşayıblar.

 

Qeyd edək ki, “Tap, qazan” Viktorinasının növbəti turuna start gələn həftə veriləcək.
 

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL