TOP 10

Mahir Mədətov "Beşiktaş" variantına aydınlıq gətirdi: "Qurban Qurbanov da bu xəbərlərə üzülür"

Futbol
Tarix: 2018-01-05 11:00

Ötən ilin son günlərində idman mətbuatının gündəmini zəbt edən əsas xəbər "Qarabağ"ın və milimizin gənc hücumçusu Mahir Mədətovun "Beşiktaş"ın transfer hədəfində olması idi. Türkiyə mətbuatının yazdığına görə, İstanbun klubunun rəhbərliyi 20 yaşlı futbolçunun keçidini həll etmək üçün Bakıya danışıqlara gəliblər. "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin "Qarabağ"ın "Çelsi"ylə Çempionlar Liqasının qrup mərhələsindəki ev oyununu Bakı Olimpiya Stadionundan izləməsi də çıxan xəbərlərin əsassız olmamasına işarə idi. 

 

Hər şeyə Mahir aydınlıq gətirə bilərdi ki, bunu reallaşdırdıq. Mədətov Sport24.az-a müsahibəsində bütün suallara son qoydu.

 

- Bir müddət öncə “Beşiktaş”a transferin xəbərləri var idi…

- “Beşiktaş”a keçəcəyimlə bağlı xəbəri mətbuatdan eşitdim. İstanbul klubunun bu niyyəti olub-olmadığını bilmirəm. Sadəcə, yalandan belə xəbərlərin yazılması məni üzür. Çünki Qurban Qurbanov da bu xəbərlərə üzülür. Onun üzülməsi də məni üzür. Bu məsələdən mənim şəxsən heç bir məlumatım yoxdu.

 

- “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Çempionlar Liqasında “Qarabağ” – “Çelsi” oyununu izləmişdi. Türkiyə mətbuatının yazdığına görə, sənin haqqında “Qarabağ”la danışıqlar məhz həmin matçdan sonra olub…

- Yox, sadəcə, onun oyuna gəldiyini eşitmişdim. Özünü isə görmədim. Nə oyun zamanı, nə də oyundan sonra onunla üz-üzə gəldik.

 

- Ümumiyyətlə, xarici klublardan hər hansı təklif almısan?

- Hələ ki, yox.

 

- Bəs, atan demişdi ki, Mahirin xarici klublara keçidi gözlənilir…

- O sadəcə, bildirmişdi ki, maraqlananlar var. Amma rəsmi olaraq ortada heç nə yoxdu. Nəsə olsa, özüm mətbuata açıqlayaram.

 

- Özün ölkə xaricində oynamaq üçün çalışırsan?

- Ölkə xaricində oynamağa müsbət baxıram. Əlbəttə istəyərəm ki, gücümü orada da sınayıb özümü göstərim. Amma bunun üçün qərarı tək vermirəm. Baş məşqçim Qurban Qurbanov necə desə, elə də edəcəm. Çünki hamının məndən üz döndərdiyi bir vaxtda Qurban müəllim əlimdən tutdu, dəstək oldu. Onun üzərimdə çox böyük əməyi var və belə bir şey olsa, məsləhətlərini verəcək.

 

MEHMAN SÜLEYMANOV

23 Iyun 2018
22 Iyun 2018
B.eÇ.aÇC.aCŞB