Xəbər Lenti

    Elxan Məmmədov: "Biz AFFA-ya gələndə heç bir struktur yox idi"

    FutbolTarix: 2017-03-31 10:13:00
    ...

    İnsideworldfootball.com saytı AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinə üzv olması haqqında yazı hazırlayıb. Sport24.az xəbər verir ki, yazıda baş katibin çıxışına da yer verilib.

    Məmmədov AFFA-ya təyinatından sonra görülən işlərdən danışıb: “Biz federasiyaya gələndə heç bir müvafiq struktur yox idi. Nə çempionat normal baş tuturdu, nə də uşaq liqaları var idi. Biz Avropadan öyrənə-öyrənə hər şeyi yenidən qurduq. FİFA-nın tövsiyələri əsasında qadın futboluna diqqət ayırdıq. FİFA U-17 qadınlar arasında dünya çempionatını təşkil etdik. U-17 kişilər arasında Avropa çempionatına ev sahibliyi etdik. Bunlar hamısı inkişafdan xəbər verirdi. İndi bizdə 8000 qeydiyyatda olan futbolçu var. 18 yaşına qədər futbolçular arasında bütün liqalar var. Bir vaxtlar Azərbaycanda qeyri-stabillik var idi, siyasi və sosial problemlər çox idi. Bu səbəbdən futbol prioritet sayılmırdı. 2004-cü ildə futbolun inkişafına dair proqramların ilk mərhələsi başladı. 2017-ci ildə isə 2021-ci ilə qədər olan 5 illik inkişaf proqramı start götürüb”.

    Baş katib klubların stadionları haqqında fikirlərini bildirib: “Bizdə indi bütün klubların öz stadionu var. Ən böyük arena isə 68 minlik Bakı Olimpiya Stadionudur. Hansı ki, bu arena Avropa Liqası və ya Çempionlar Liqasına ev sahibliyi edə bilər. Bilirsiniz ki, Bakı 2020-ci il də baş tutacaq Avropa çempionatının final mərhələsinin 4 oyununa sahiblik edəcək. 10 milyonluq ölkə üçün bu böyük futbol hadisəsidir. Və bu idman növünün sevilməsinə çox təsir göstərəcək".

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10