Xəbər Lenti

    "Mlada Boleslav" rəsmisindən Sport24.az-a Kamranla bağlı açıqlama: "Ağayevə başqa cəza verməyəcəyik"

    FutbolTarix: 2017-11-15 10:22:00
    ...

    “Kamran Ağayev futbol federasiyamız tərəfindən cəzalandırılıb. Ona başqa cəza verməyəcəyik”. Bu sözləri Sport24.az-a açıqlamasında Çexiyanın “Mlada Boleslav" klubunun mətbuat xidmətinin rəhbəri Jiri Koros deyib.

    O, Çexiya çempionatının XIII turunda “Ostrava” ilə oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevdən danışıb. Klub rəsmisi bildirib ki, Çexiya Futbol Federasiyası (ÇFF) tərəfindən cəzalandırılan Ağayevə heç bir cəza verməyiblər: "Buna ehtiyac qalmayıb. Artıq cəzaya ehtiyac yoxdu. Çünki federasiya intizam qaydalarına əsasən lazımı cəzanı verib”.

    Xatırladaq ki, ÇFF 2 sarı vərəqəyə görə meydandan çıxarılan Kamranı 1 oyunluq cəzalandırıb. O, bu üzdən növbəti turda “Bohemians”la ev oyununda komandasına kömək edə bilməyəcək.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0