Xəbər Lenti

    “Qəbələ”dən 12 cavabsız qol

    FutbolTarix: 2017-11-14 21:42:00
    ...

    AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. Sport24.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar.

    Gənclər Liqasında mübarizə aparan U-19 komandası 7-ci  turda “Neftçi”nin qonağı olub. Görüş qolsuz bərabərliklə bitib – 0:0. 7 oyundan sonra 19 xal toplayan “qırmızı-qaralar” yarışın vahid lideridi.

    “Qəbələ” U-17 Liqasında “Kəpəz”in qonağı olub. 2:1 hesablı qələbə qazanan komanda 10 oyundan sonra 26 xalla 1-ci pillədə qərarlaşıb. 

    “Neftçi”ni qəbul edən U-16 qolsuz heç-heçə kifayətlənib – 0:0. 8 oyunda 20 xal toplayan “Qəbələ” yarışın vahid lideridi. 

    U-15 səfərdə Sumqayıt İOEUGİM-inə qalib gəlib – 3:1. 8 görüşdə 22 xal toplayan komanda liqanın turnir cədvəlinə başçılıq edir. 

    Paytaxt zonasında çıxış edən U-14 “Mançester Yunayted”lə heç-heçə edib – 0:0. 6 oyundan sonra 14 xala malik komanda 4-cü pillədə qərarlaşıb. 

    U-13 isə ardıcıl 7-cı qələbəsinə sevinib. “Qəbələ” “Əlincə”dən güclü olub – 2:0. “Qırmızı-qaralar” 21 xalla zirvədə qərarlaşıb. 

    Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə sözügedən klubun U-12, U-11 və U-10 komandaları 9-cu turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” Yevlaxın “UGİM Rabitəçi”sini 4:0, UGİM isə Ağdaş UGİM-ini 5:1 hesabı ilə yenib. 9 turdan sonra ilk iki pillədə qərarlaşan “Qəbələ” təmsilçilərinin hərəsinin 24 xalı var. U-11 Liqasında da “Qəbələ” təmsilçiləri eyni rəqiblərlə görüşüb. “Qəbələ” 12:1, UGİM 11:0 hesabı ilə qələbə qazanıb. 8 oyundan 24 xal toplayan “Qəbələ” 1-ci, 9 qarşılaşmada 18 xal qazanan UGİM 2-cidi. 

    “Qəbələ”nin U-10 Liqasındakı üç komandası hərəyə 3 xal qazanıb. “Qəbələ” Yevlax “UGİM Rabitəçi”sini 3:1, Gİİ Ağdaş UGİM-ini, UGİM İsmayıllı UGİM-ini eyni  - 12:0 hesabı ilə məğlubiyyətə uğradıb. 7 görüşdə 28 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 8 matçda 18 xal toplayan Gİİ 2-ci, 15 xallı UGİM 4-cüdü. 

    “Qəbələ”nin qızlardan ibarət komandası Yüksək liqada ardıcıl 4-cü qələbəsini qazanıb. “İnter”i 10:2 hesabı ilə yenən “qırmızı-qaralar” 12 xalla yarışın lideridi.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0