Xəbər Lenti

    “Roma”lı futbolçudan baş məşqçiyə etiraz - VİDEO 

    FutbolTarix: 2017-11-14 14:25:00
    ...

    DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveçə qarşı cavab pley-off qarşılaşmasında istədiyi nəticəni qazana bilməyən (0:0, ilk oyun 0:1) İtaliya millisi 60 il sonra mundialdan kənarda qaldı. Sport24.az xəbər verir ki, Milanda, “San Siro” stadionunda keçirilən cavab oyunu zamanı futbolçular və məşqçilər heyətinin əsəbləri tarıma çəkilib.

    İkinci hissənin ortalarında “skuadra adzurra”nın baş məşqçisi Campyero Ventura ehtiyat oyunçular skamyasında olan “Roma”nın dayaq yarımmüdafiəçisi Daniele De Rossini isinmə hərəkətləri etməyə göndərmək istəyib. Lakin 34 yaşlı futbolçu baş məşqçinin bu tapşırığına sərt etiraz edib. De Rossi ona bu göstərişi çatdıran Venturanın köməkçisinə əli ilə yığmanın hücumçusu Lorentso İnsinyeni göstərərək, “bu ... oyunda niyə meydana çıxmalıyam? Bizim heç-heçəyə yox, qələbəyə ehtiyacımız var” deyib.

    De Rossi oyundan sonra yerli mətbuata açıqlamasında ehtiyat oyunçular skamyasında dediyi sözləri təsdiqləyib: “Hesab 0:0 idi və biz heç-heçəyə oynamırdıq. Mənim yerimə hücumçulardan İnsinye və ya El Şaravinin çıxmasını istədim”.

    Xatırladaq ki, “Roma”nın üzvü matçdan sonra milli karyerasını bitirdiyini açıqlayıb.

    “Roma” UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda mübarizə aparır.


     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0