Xəbər Lenti

    Ceyhun Sultanov "Sumqayıt"ı yalnız "Qarabağ"dan üstün saymır: "Avropa Liqasına düşsək, əladı, düşməsək..."

    FutbolTarix: 2017-11-14 14:00:00
    ...

    "Sumqayıt" hər çempionatdan çempionatda daha yaxşı çıxışıyla diqqət çəkir. Düzdür, komanda 6 illik tarixində hələ ki avrokuboklara vəsiqə qazanmasa da, buna ildən-ildə yaxınnlaşır. Hazırda 4-cü pillədə olan "gənclik şəhəri"nin təmsilçisi ölkə kubokunun nəticəsindən asılı olaraq sonadək ilk "4-lük"də olmaqla Avropa çıxmaq hədəfinə çata bilər. Klubun baş meneceri Ceyhun Sultanovla söhbətimizdə bu və ya digər məqamlara toxunduq. O, Sport24-az-a müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirdi.

    - Mövsümün ilk yarısı sona yaxınlaşmaq üzrədi. Komandanın çıxışı rəhbərliyi nə dərəcədə qane edir?

    - Mənə elə gəlir ki, qənaətbəxşdi. Ən əsası, komandamız yaxşı, baxımlı futbol oynayır. Meydanda bilir ki, nə etmək lazımdı. Əsas budu. Oyunumuz hər bir azarkeşə xoş gəlir.

    - Bu, xüsusilə ev oyunlarında özünü daha yaxşı göstərir. "Sumqayıt" öz meydanında güclü azarkeş dəstəyi altında çox inamlı təsir bağışlayır. Ancaq səfər matçlarında hələ kimi bunu görə bilmirik....

    - Fikrimcə, bu, azarkeşdən asılı məsələ deyil. Ola bilər ki, süni meydançayla təbii ot örtüyü arasında fərq olduğuna görə nəsə təsirini göstərə bilsin. Qalan heç bir şeydə problemimiz yoxdu. 

    - Uğur qazanmaq istəyən hər bir komamda üçün ilk növbədə sabit çıxış vacibdi. Necə düşünürsən, bu, "Sumqayıt"da nə dərəcədə alınır?

    - Düşünürəm ki, komanda şəklində sabit futbol oynayırıq. Oyun baxımından stabil çıxış edirik. Düzdür, nəticə olaraq məğlubiyyətlərimiz də olur. Ancaq əsas odur ki, öz oyunumuzu itirmirik. Eyni oyun üslubunda oynayırıq və maraqlı futbol göstəririk. 

    - Komandanın hədəfi tarixində ilk dəfə avrokuboklara çıxmaqdırsa, hazırda "Sumqayıt"ın yer aldığı 4-cü yer buna nail olmağa imkan verə bilər. Bəs bundan artığına gücünüz çatacaqmı? Çünki ilk üçlükdə olan "Qarabağ", "Zirə" və "Qəbələ" digərlərindən aşkar fərqlənir...

    - Əvvəla, onu deyim ki, qarşıya heç bir məqsəd qoyulmayıb ki, komanda Avropa Liqasına düşməlidi. Sadəcə, məqsədimiz odur ki, ildən-ilə nəticəni yaxşılaşdıraq, oyunumuzu düzəldək. Nə qədər yuxarı yerləri tutsaq, o qədər yaxşıdı. Avropa Liqasını deyiriksə, ora düşsək, əladı. Düşməsək, heç bir söz deyə bilmərik. Çümki yerli - gənc və yaşlı futbolçulardan təşkil olunub. Mənə elə gəliir ki, Avropa Liqasına düşməsək də, bir qəbahət olmayacaq. 

    - Bəs "Sumqayıt"ın "boynundan yuxarı tullanaraq" mükafatçılar sırasına düşməyə, 3-cü yerə yüksləməyə potensialı varmı? 

    - Açıq deyim ki, "Qarabağ"dan başqa hamıyla eyni səviyyədə oynayırıq. Elə "Qarabağ"la da çalışıb futbol oynamaq olar. Orda yaxşı oyun göstərib təslim olmamamağa çalışacağıq. Mən indiki dövrdə "Qarabağ"dan başqa heç bir komandanı "Sumqayıt"dan üstün saymıram. 

    - Yeri gəlmişkən, növbəti turda məhz "Qarabağ"ın qonağı olacaqsınız. Daxili yarışlarda ilk dəfə oyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Böyük arenada, boş tribunalar qarşısında oynamaq sizə nə dərəcədə təsir göstərəcək?

    - "Azərsun Arena"da da oynayanda azarkeş kütləsi çox olur? Yox. Bakı Ollmpiya Stadionunda da eyni olacaq. Sadəcə, bizdə "Qarabağ" sindromu var ki, onu keçə bilmirik. 

    - Nədir bu sindrom?

    - "Qarabağ"a qarşı oyunumuz doğrudan da alınmır. Bəlkə onun oyun üslubu bizimlə üst-üstə düşdüyünə, rəqibdə daha keyfiyyətli futbolçular olduğuna görə onunla oynaya bilmirik. Həm "Qarabağ", həm ""Sumqayıt" baxımlı futbol nümayiş etdirir. Hər ikisi açıq oyuna üstünlük verir. Bizdə əsas onlaar ustalıq səviyyəsində uduzuruq. "Qarabağ"ın futbolçularında ustalıq səviyyəsi bizimkilərdən açıq-aşkar üstündü. Qarşıda oyunda bu sindromu qırsaq, yaxşı olar.  

    - Baş məşqçiniz Samir Abasovun işini ümumilikdə sizi nə dərəcədə qane edir?

    - Onun işindən ümumilikdə razıyıq. Laızm olan komandanı düzəldib. Bizə xoş gələn, istədiyimiz futbolu oynatdırır. Hələlik bizi qane edəcək baş məşqçidi. Samir Abasovla birgə oynamlışam da. Düzdür, bir az aqressiv, çılğın insan olsa ad, məncə, yaxşı komanda yaradıb. Biz ona güvənirik.

    - Abasov adətən sözünü deməkdən çəkinmir. Bunu xüsusilə mətbuat konfransıarında görürük. Həmişə açıqlamalarıyla diqqət çəkir. Məsələn, ehtiyat oyunçular skamyasına zəif olanda da, bunu vurğulamaqdan çəkinmir...

    - Futbolçu, məşqçi özüylə eyni səviyyəli komandaya uduzanda istər-istəməz danışığında elə sözlər var ki, bunu dilə gətirməyə məcbur olur. İnanmıram ki, daxildəki hər şeyi açıb danışsın. Futbol elə bir şeydi ki, məğlub olanda istər-istəməz hər bir şeyi ortaya qoymağa çalışırsan. Bu da ondan irəli gəlir ki, qələbə qazanmaq istəyirdi. Əlində olan material budu, onunla kifayətlənməliidi. Bundan artığını istəyirsə, əlimizdə olan, gücümüz çatanı budu, bununla oynamalıdı. Məğlubiyyət elədir ki, onu alandan heç bir şey düşünmürsən, danışmağa başlayırsan. Mən özüm hansısa oyunda uduzanda, hirlsi olanda bacardığım qədər kənaradq almağa, mobil telefonumu söndürməyə çalışıram ki, heç kimlə ünsiyyət qurmayım və bir müddət sonra telefonumu açıram.

    - Qış fasiləsi yaxınlaşır və artıq yeni transferlər haqda düşünmək olar. Komandanın heyətini gücləndirməyini düşünürsünüzmü? Buna maddi durum, klub straterifiyası imkan verəcəkmi?

    - Sözün açığı, bacardığımız qədər bunları etməyə çalışacağıq. Ən əsası, bizə azad agent statustunda olan futbolçular lazımdı. Özünüz də bildiyiniz kimi, qış fasiləsində bütün futbolçuların müqavilələri var. Hansı futbolçularla maraqlanırıqsa, onları cəlb edə bilsək, bunu reallaşdıracağıq. Əks halda bugünə olanlarla yolumuza davam edəcəyik. Çünki başqa klubla müqaviləsi olan futbolçunu zorla çıxarıb gətirmək də mümkün deyil. 

    - Belə başa düşdük ki, legionerlərin cəlb olunması planda yoxdu?

    - Legionerlər haqda danışmaq da istəmirəm. O barədə heç düşünmürük. 

    - "Sumqayıt"ın yay fasiləsindəki transferləri təcrübəli yerli futbolçular oldu. Hətta aralarında milli forması geyənlər də var. Onların çıxısı tam razı salıbmı? Ümidləri doğrultmayanlar oldumu?

    - Yox. Mənə elə gəlir ki, bu mövsümkü transferlərimizin hamısı ümidləri doğruldurlar, buna çalışırlar. Ən böyük problemin Cavid İmamverdiyi komandaya götürəndə olduğu deyilirdi. Onun nizam-intizaısmdan narazılıqlar bildirirdilər. Harsada oyununda eniş, düşüş olur, belə şeylərin olacağı bildirilirdi. Ancaq göründüyü kimi, İmamverdiyev futbol oynamaq istəyir və deyilənləri bizim komandada etmək qeyri-mümkündü. Fikrimcə, Cavid komandanı arxasınca daşımağa çalışır, bunu edir. 

    - Bəs onun adaşı - Cavid Tağıyev, eləcə də Rəşad Eyyubov "Sumqayıt"da potensiallarını tam aça biliblərmi?

    - Məncə, Tağıyevə zədə problemi əngəl törədir. Axırıncı oyunlara tam formaya düşmüşdü ki, yenidən zədələndi. Eyyubova gəlincə, gördüyünüz kimi, ortada bütün işləri o görür. Hesab edirəm ki, bütün transferlərimiz ümidləri doğruldublar. Mənim üçün xoşdu bu. 

    - Ola bilərmi ki, daha çox ehtiyatda qalnalardan hansısa biirylə yollarını ayırasanız? Özü istəsin ki, oyun praktikası qazanmaq üçün başqa kluba getsin, icarəyə verilsin - belə bir şey gözlənilimir?

    - Xeyr. Elə bir şey yoxdu. Bizdən ən azından belə bir struktur var ki, baş məşqçinin istəyi olmadan nə futbolçu gələ bilər, nə də gedə. Düşünürəm ki, belə də olmalıdı. Komandamızda qapıçıları saymamaq şərtilə 15-16 futbolçu var ki, onların da hamısı oynayıblar. Daim ehtiyatda qalanlar olmur, olsa da çox az. Onlar da öz şanslarını gözləyirlər. Heç bir futbolçunu nə göndərmək barədə düşünürük, nə də icarəyə vermək. Sadəcə, heyətimiz güclədnirmək üçün çalışırıq. Bu, nə dərəcədə mmükün olacaq, dekabr-yanvar aylarında bilinəcək. 

     MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0