Xəbər Lenti

    29-u bəlli, 3-ü naməlum

    FutbolTarix: 2017-11-14 09:02:00
    ...

    2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, bu, İsveç yığmasıdı.

    Bu ölkənin yığma komandası Avropa zonası üzrə seçmə mərhələnin pley-off mərhələsində sevinən üçüncü kollektiv olub. Doğma meydanda İtaliyaya 1:0 hesabıyla qalib gəlmiş isveçlilər bu gecə səfərdə baş tutan cavab görüşündə qolsuz heç-heçəyə nail olmaqla dünya çempionatına vəsiqəni təmin ediblər.

    Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 29-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, İsveçrə və Xorvatiya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

    Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 3 iştirakçının da adına tezliklə aydınlıq gələcək.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0