Xəbər Lenti

    Topaz Premyer Liqasında günorta dəyişikliyi: Hələ belə şey olmamışdı...

    FutbolTarix: 2017-11-13 19:00:00
    ...

    Topaz Premyer Liqasında XII turun şənbə günü keçiriləcək matçları erkən - günorta saatlarında başlayacaq. Spoort24.az xəbər verir ki, buna səbəb noyabrın 18-nə təsadüf olan "Keşlə" - "Zirə" və "Kəpəz" - "Səbail" oyunları keçiriləcək stadionlarda süni işıqlandırma sistemiylə bağlı problemin olmasıdı. 

    Bu üzdən hətta qarşılaşmalardan birini - konkret olaraq "Keşlə"in ev matçının saat 13:00-da başlanması nəzərdə tutulub. Gəncədəki oyunun startının isə saat 15:00-da olacağı gözlənilir. 

    Daha tez oyun kimi məhz paytaxtdakı qarşılaşmanın seçilməsi təsadüfi deyil. Çünki oyunu yayımlanacaq "CBC Sport" telekanalının komandası Bakıdan 350 kilometr aralıda olan Gəncəyə səfər etməlidi və uzaq yolçuluq nəzərə alınıb. Buna görə "Kəpəz"in ev oyunu "Keşlə"ninkindən sonra başlayacaq.

    Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumatı təsdiqləyərək şənbə günlü matçlarının birmənalı şəkildə tez başlayacağını söyləyib: "Həmin 2 stadionda projektorlar olmadığından oyunları axşam saatlarını sala bilmirik. Qışın yaxınlaşmasıyla isə havalar getdikcə daha tez qaralır. Bütün bunları nəzərə alaraq, "Keşlə"ylə "Kəpəz"in bu turdakı ev oyunlarını günorta saatlarında keçirəcəyik. Burada yayım məsələsini də nəzərə almalıyıq. "CBC Sport" hər 2 qarşılaşmanı canlı yayımlayacağından matçları eyni vaxta təyin edə bilmərik. Deməli, bir oyun digərindən ən azı 2 saat sonra başlamalıdı. Canlı yayımın vaxtını tam dəqiqləşdirəndən sonra rəsmi saytımızda oyun cədvəlini açıqlayacağıq".

    Onu da bildirək ki, turun açılış və bağlanış matçları - "Qarabağ" - "Sumqayıt" və "Neftçi" - "Qəbələ" oyunları keçiriləcək Bakı Olimpiya Stadionu ilə "Bakcell Arena"da süni işıqlandırma sistemiylə bağlı problem olmadığından həmin qarşılaşmalar axşam saatlarında keçiriləcək. 

    Xatırladaq ki, cari çempionatda indiyədək ən tez başlanan oyun saat 15:00-da olub. 

    MEHMAN SÜLEYMANOV  

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0