Xəbər Lenti

    "Qarabağ" futbolumuzda növbəti ilki reallaşdırır

    FutbolTarix: 2017-11-13 18:00:00
    ...

    Topaz Premyer Liqasının XII turunun açılış qarşılaşması olan "Qarabağ" - "Sumqayıt" matçı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. Bu haqda Sport24.az-a Peşəkar Futbol Liqasının  (PFL) Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

    O, meydan sahibi olan Ağdam klubunun həmin arenada oynamaq istəməsi ilə bağlı PFL-ə rəsmi müraciət etdiyini bildirib: "Bildiyiniz kimi, "Qarabağ" noyabrın 22-də bu stadionda Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Çelsi"ylə ev matçını keçirəcək. Bu matç öncəsi meydançaya daha uyğunlaşmaq məqsədilə BOS-da oynamaq istədilər. Biz də buna müsbət cavab verdik. BOS beynəlxalq standartlara cavab verən arenadı, üstəlik, 2019-cu ildə Avropa Liqasının finalı orda keçiriləcək. Əlbəttə, "Sumqayıt"ı da stadion məsələsiylə bağlı rəsmən məlumatlandırdıq. Matçın başlanma saatını sabah saytımızda rəsmən açıqlanacağıq".  

    Noyabrın 17-da keçiriləcək oyunun saat 18:00-da başlayacağı gözlənilir.

    Qeyd edək ki, BOS-da indiyədək müxtəlif yığmalarımızın beynəlxalq oyunları olub. Klub səviyyəsində yalnız "Qarabağ" ÇL-də qrup matçlarını orada keçirib. Bunlar "Roma"ya 1:2 hesabı ilə uduzduğu və "Atetiko"yla qolsuz bərabərliyə qaldığı oyunlardı. Daxili yarışlara gəlincə, BOS-da indiyədək nə Premyer Liqamızın, nə də ölkə kubokunun hansısa matçı olub. Bu o deməkdi ki, "Qarabağ" futbolumuzda növbəti ilki reallaşdırır. Ağdam klubu cari çempionatda bunadək rəqiblərini 2 stadionda - "Azərsun Arena"da və Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. 

     

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0