Xəbər Lenti

    Gimnastlarımız DÇ-də uğur qazana bilmədilər

    DigərTarix: 2017-11-13 12:32:00
    ...

    Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə Dünya Çempionatı (9-12 noyabr) başa çatıb. Sport24.az xəbər verir ki, 34 ölkədən iştirakçıların qatıldığı çempionatda Azərbaycan təmsilçiləri Svetlana Makştaryova, Veronika Zemlyanaya, Oleq Piunov, İlya Qrişunin və Ruslan Ağamirov da yer alıb.

    Ölkəmizdə 2013-cü ildən inkişaf etdirilən bu idman növü üzrə gimnastlarımız artıq 4-cü dəfədi ki, Dünya Çempionatında öz güclərini sınayıblar. Ən yaxşıların qatıldığı mübarizədə fərqlənmək hər nə qədər çətin olsa da, Svetlana və Veronikadan ibarət qadın cütlüyümüz sinxron proqramda ilkə imza ataraq, finala qədər yüksəlməyi bacarıblar. Qızlarımız həlledici mərhələdə yarışları 7-ci yerdə başa vurublar. Svetlana həmçinin fərdi proqram üzrə də 60 ölkənin iştirakçısı arasından yarım-finala yüksəlmiş və bu mərhələdə 17-ci yerlə kifayətlənmişdi.

    Bu turnir ölkəmiz üçün daha bir hadisə ilə əlamətdar olub. Belə ki, məhz batut gimnastikası üzrə Dünya Çempionatında ilk dəfə olaraq Azərbaycan təmsilçisi Kamil Quliyev yarışlarda hakimlik edib.

    Çempionatın ardınca Sofiya şəhəri növbəti mötəbər turnirə - Dünya Yaş qrupu Yarışlarına ev sahibliyi etməyə hazırlaşır. 16-19 noyabr tarixlərində keçiriləcək yarışlarda ölkəmizi batut və tamblinq üzrə gimnastlarımız Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Zeynəb Qasımlı və Selcan Mahsudova təmsil edəcəklər.

    Xatırladaq ki, 2018-ci ilin 12-15 aprel tarixlərində batut, ikili mini batut və tamblinq üzrə 26-cı Avropa Çempionatını məhz paytaxtımız - Bakı şəhəri qəbul edəcək.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0