Xəbər Lenti

    DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatdı

    FutbolTarix: 2017-11-13 09:34:00
    ...

    2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, bunlar İsveçrə və Xorvatiya yığmalarıdı.

    Bu ölkələrin yığma komandası Avropa zonası üzrə seçmə mərhələnin pley-off mərhələsində seviniblər. Doğma meydanda Yunanıstana 4:1 hesabıyla qalib gəlmiş xorvatlar bu gecə səfərdə baş tutan cavab görüşündə qolsuz heç-heçəyə nail olmaqla dünya çempionatına vəsiqəni təmin ediblər. İsveçrə də səfərdə 1:0 hesabıyla yendiyi Şimali İrlandiya ilə doğma meydanda qolsuz bərabərlik sayəsində mundiala “bilet” qazanıb.

    Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş və İsveçrə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

    Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 4 iştirakçının da adına tezliklə aydınlıq gələcək.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0