Xəbər Lenti

    "Qışdan sonra bilinəcək ki, Premyer Liqa üçün hazırlaşmalıyıq, ya yox?!"

    FutbolTarix: 2017-11-11 23:54:00
    ...

    Məhəmməd Alıyev 2017-2018-ci il futbol mövsümündə I Divizionun debütant komandası olan “Sabah”dakı durum, klub daxilində ab-hava və hədəfləri haqqında sualları cavablandırıb. Sport24.az həmin müsahibəni səqdim edir.

    - Komandada ümumi ab-hava, vəziyyət nə yerdədi?

    - “Sabah”da maddi tərəfdən, rəhbərlik və məşqçi tərəfdən hər şey qaydasındadı. Motivasiya baxımından da uşaqlarda ruh yüksəkliyi var. V və VI turlarda uduzmuşduq deyə uşaqlarda ruh düşkünlüyü var idi. Son VII turda “Ağsu”nu udub 3 xal qazandıq. İnanıram ki, növbəti turlarda da qalib gəlib ilk üçlükdə öz yerimizi tapacağıq. 

    - Turnir cədvəlində 10 komanda arasında 5-ci yerdəsiniz. Növbəti turda isə rəqibiniz iddialı MOİK-dir. Bu oyunda azarkeşlər hansı nəticəyə ümid edə bilər və siz hansı nəticə qazanacağınıza inanırsız?

    - Bizdə əsas heyətin iki futbolçusu cəzalı olduqları üçün MOİK ilə oyunu buraxacaq. O üzdən biz MOİK ilə oyun öncəsi heyətlə bağlı problemlər yaşayırıq. Hələ bilinmir hansı heyətlə oyuna çıxacağıq. İnanıram ki, çətin və ağır səfər oyunu olacaq. Çünki MOİK komandası güclü və köklü bir komandadı. Heyətlərində Premyer Liqa təcrübəsi görmüş futbolçular var. Bizim üçün həqiqətən də ağır səfər oyunu olacaq. İnşallah bizi qane edən xalla oradan qayıdarıq.

    - Komandanın heyətində 3 qol vurmusan. Ümumiyyətlə, qol vurmağı bacaran və qol duyumu olan futbolçusan. Səncə divizionun və ya komandanın bombardiri ola bilərsən?

    - Ümumiyyətlə, insan və ələlxüsus futbolçu özü-özünü hamıdan yaxşı tanıyır. İnsan özü-özünün həkimidi. Mən də bu komandanın hücum xəttində aparıcı futbolçusu kimi özümə çox inanıram və həm komandanın, həm də divizionun bombardiri olacağıma inanıram. 

    -Noyabrın 29-u 1/8 fianl çərçivəsində “Sumqayıt”la kubok oyununuz var. Həmən “Sumqayıt” ki, ötən illərə nisbətən bu mövsüm Premyer Liqada öz ağırlığını daha çox qoya bilir. Belədə həmin kubok oyunundan hansı nəticəni gözləyirsiz və ya kubokda hansı mərhələyə qədər irəliləyə bilərsiz?

    - Bu yay “Sumqayıt”la birgə Boluda məşq prosesində iştirak etmişəm. Səhhətimlə bağlı problerim oldu və mənimçün həmin komandada alınmadı. Sağ olsunlar ki, mənə şərait yaratdılar. İstər çempionata, istərsə də kuboka baxanda -“Sumqayıt”ı bu il keçən illərə nisbətən üstün görürəm. İnanıram ki, çempionatda da nəticə əldə edib avrokuboklara vəziqə qazanacaqlar. Kubokda da hər iki komandaya uğurlar arzulayıram. Biri şəhərimin klubudu, o biri oynadığım klubdu. İnşallah güclü olan qalib gələr.

    - Fikrinizcə, “Sabah” həmin oyunda hansı nəticəni qazana bilər?

    - Fikrimcə, biz oyuna güclü motivasiya olsaq, istədiyimiz kimi çıxış etsək oyunu uzatmalara apara bilərik.

    - “Sabah” özü üçün qarşıya hansı hədəfi qoyub?

    - Düzü, bu haqda elə də məlumatım yoxdu. Amma bizim üçün bu dəqiqə əsas qışa qədər ilk üçlükdə olmaqdır. Qışdan sonra bilinəcək ki, Premyer Liqa üçün hazırlaşmalıyıq, ya yox?! 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0