Xəbər Lenti

    Qəbələdə yeni qaydalarla bağlı seminar

    CüdoTarix: 2017-11-10 16:57:00
    ...

    Qəbələdə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və hakimlər üçün seminar keçirilib. Sport24.az xəbər verir ki, seminar federasiya tərəfindən Qəbələyə ezam olunmuş Azərbaycan Cüdo Federasiyası  Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov tərəfindən aparılıb. Seminarda məşqçi və hakimlərlə yanaşı Şimal bölgəsinin yeniyetmə cüdoçuları da iştirak edib.

    Fariz Hüseynov Beynəlxalq Cüdo Federasiyası tərəfindən qəbul olunan və 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək yeni qaydalar barəsində ətraflı məlumat verib. Cüdonun daim inkişafda olan yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.

    Qeyd edək ki, növbəti seminarlar noyabrın 11-də Bakıda, noyabrın 12-də isə Gəncədə keçiriləcək.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0