Xəbər Lenti

    Şahmat yığmamız Avropa çempionu oldu

    ŞahmatTarix: 2017-11-06 22:29:00
    ...

    Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında bu gün sonuncu görüşünü keçirib. Sport24.az xəbər verir ki, şahmatçılarımız həlledici - 9-cu turda Ukrayna millisi ilə qarşılaşıblar. 

    Komandamız qalib gələcəyi halda vahid liderliyini qorumaqla qitə çempionu olacaqdı. Lakin bu görüş heç-heçə başa çatıb – 2:2.

    Əsas izləyicimiz Rusiya isə son turda Almaniyaya qalib gəlib. Bu üzdən də Azərbaycan və Rusiya yığmaları AÇ-ni eyni – 14 xalla başa vurub.

    Bu üzdən də hər iki komandanın şahmatçılarının əlavə göstəriciləri hesablanıb. Nəticə millimizin xeyrinə olub. Komandamız əlavə göstəricilərdə rusları üstələyib və Avropa çempionu adını qazanıb. 

    Qeyd edək ki, bu, yığmamızın qitə birinciliyində üçüncü belə uğurudu.

    Azərbaycan - Ukrayna 2:2
    Şəhriyar Məmmədyarov – Pavel Elyanov 0,5:0,5
    Teymur Rəcəbov – Yuri Krivorukço 0,5:0,5
    Arkadi Naydiç – Ruslan Ponomaryov 0,5:0,5
    Rauf Məmmədov – Yuri Kuzubov 0,5:0,5
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3