Xəbər Lenti

    Bəhruz Quluzadə Avropa çempionu oldu

    DigərTarix: 2017-11-03 09:02:00
    ...

    Kiprin Larnaka şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilir. Sport24.az xəbər verir ki, ilk yarış günü milli komandamız üçün uğurlu alınıb.

    Belə ki, -45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə rəqilərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bəhruz qarşılaşdığı Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10, qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Finalda rusiyalı Dmitro Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.

    Qeyd edək ki, Bəhruz Quluzadə 2015-ci ildə Fransada təşkil edilən yeniyetmələr arasında Avropa birinciliyində də qızıl medala sahib çıxmışdı.

    Sayca 21-ci olan Avropa birinciliyində gənclərdən ibarət milli komandamız 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə təmsil olunur. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrinin də qatıldığı yarış Larnaka şəhərinin “Kision Athletic Center” arenasında keçirilir.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3