Xəbər Lenti

    2 boksçumuz yarımfinalda!

    BoksTarix: 2017-10-24 22:00:00
    ...

    Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. Onlardan ikisi yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin ediblər.

    Belə ki, 81 kq çəki dərəcəsində gücünü yoxlayan Surət Qarayev 1/4 finalda Konrad Kajmarkeviçlə (Polşa) döyüşüb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarayev 1/2 finalda rusiyalı Ruslan Kolesnikovla qüvvəsini sınayacaq.

    Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) də ikinci qarşılaşmasını xeyrinə bitirib. O, 1/4 finalda rumıniyalı Emanuel Mikanı mübarizədən kənarlaşdırıb. Abdullayev ilk döyüşündə olduğu kimi bu dəfə də nokautla qələbə qazanıb. Təmsilçimiz final üçün xorvatiyalı Yosip Biletiçlə üz-üzə gələcək.

    Qarayevlə Abdullayevdən fərqli, Nicat Həsənov 1/4 final səddini keçə bilməyib. 69 kq çəki dərəcəsində yarışan həmyerlimiz Qabriel Dossenə (İrlandiya) 0:5 hesabı ilə məğlub olub.

    Sabah başa çatacaq 1/4 finalda daha 4 boksçumuz mübarizə aparacaq.

    Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri oktyabrın 27-də olacaq.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3