Xəbər Lenti

    Şahmatçılara Vüqar Həşimovun adına təsis edilmiş mükafat veriləcək

    ŞahmatTarix: 2017-10-24 16:06:00
    ...

    Şahmat üzrə dünyanın ən nüfuzlu “Tata-Steel Masters” turnirinin 80-ci yubiley qarşılaşması zamanı qaliblər məşhur Azərbaycan şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatı ilə təltif olunacaqlar.

    Vüqar Həşimov Şahmat Akademiyasından sport24.az saytına verilən məlumata görə, turnir 12 - 28 yanvar 2018-ci ildə Hollandiyanın Veyk aan Zee şəhərində keçiriləcək. Hələ 3 il əvvəl V.Həşimovun ailəsi tərəfindən onun əziz xatirəsinə həsr olunaraq yaradılan “Fair Play” mükafatı da ilk dəfə məhz bu şəhərdə baş tutan ənənəvi turnirdə dünya şahmat ulduzlarına təqdim edilib.

    Bu mükafatla dünyanın ən məşhur şahmatçıları David Navara, Şəhriyar Məmmədyarov, Hou Yifan, Pentala Harikrişna təltif olunublar.

    Qeyd edək ki, beynəlxalq qrossmeyster V.Həşimov şahmat üzrə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb, FIDE Qran Pri turnirinin, İtaliyada müntəzəm olaraq keçirilən Reccio-Emiliya şahmat turnirinin və bir çox nüfuzlu turnirlərinin qalibi olub və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinqinə görə dünyanın ən güclü şahmatçılarından biridir.

    “Tata-Steel Masters” turnirinin 80-ci yubileyində keçiriləcək qarşılaşmaları bütün dünya diqqətlə izləyəcək. Azərbaycanın tanınmış şahmat ustası Şəhriyar Məmmədyarovun da daxil olduğu qrossmeyster arasında dünya çempionları Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və Hou Yifan da var.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3